Belqorodda üçüncü dəfə cümə axşamı, martın 14-də raket xəbərdarlığı elan edilib. Elchi.az xəbər verir ki, bu barədə Rusiya şəhərinin meriyasının Telegram kanalında məlumat verilib.
“Belqorod şəhərində raket təhlükəsi elan olunub. Mümkünsə evdə qalın. Pəncərələrdən uzaq durun”, – deyə əhaliyə xəbərdarlıq olunub.
Qeyd edək ki, ilk dəfə səhər saat üç radələrində bütün Belqorod vilayətində raket təhlükəsi elan edilib.
Havar Şəfiyeva