Belçikada 2021-ci ilin iyul ayından bəri ilk dəfə keçən ay 1000-dən aşağı düşən COVID-19-a yoluxanların gündəlik sayı yenidən bu rəqəmi keçib.
Elchi.az xəbər verir ki, Belçika Milli Sağlamlıq İnstitutunun məlumatına görə, yeni yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 23 faiz artaraq 1152-yə çatıb.
Bu rəqəm üç həftə əvvəlki məlumatlarla müqayisədə ikiqat artıma uyğundur.
Xəstəxanaya yerləşdirilən xəstələrin sayı 22 faiz artaraq 76-ya çatıb.
Bununla belə, COVID-19 səbəbindən həyatını itirənlərin sayı 23 faiz azalaraq 4-ə düşüb.
Belçika Avropada COVID-19 epidemiyasının ən şiddətli yayıldığı ölkələrdən biridir. 11,5 milyon əhalisi olan ölkədə 33 min 86 nəfər COVID-19-dan dünyasını dəyişib.
Bildirilib ki, ölkədə dominant koronavirus variantı Omicron BA.5 olub. Gündəlik COVID-19 hadisələrinin sayı 2021-ci ilin iyulundan bəri ilk dəfə noyabrın 4-də 1000-dən aşağı düşüb.
Şayəstə