Belçika Ukraynaya tank və zenit qurğuları göndərir

37

Belçika hökuməti Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi dəstək çərçivəsində zenit və tank əleyhinə silahlar göndərməyi planlaşdırır.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın müdafiə naziri Ludivin Dedonder yardım qərarını bu gün Almaniyanın Ramşteyndəki ABŞ bazasında 30-dan çox ölkənin müdafiə nazirlərinin iştirakı ilə Ukraynaya hərbi dəstəyin müzakirə ediləcəyi Ukrayna Təmas Qrupu Toplantısından əvvəl açıqlayıb.

Federal Məclisdəki çıxışında Ukraynaya hərbi və mülki dəstəyin davam etdiyini xatırladan Dedonder, bu dəstəyi artıracaqlarını bildirib.

Dedonder, bu çərçivədə Ukraynaya göndəriləcək tank və zenit silahlarının dəyərinin təxminən 90 milyon avro olduğunu bildirib.

Belçika müdafiə nazirinin açıqladığı hərbi yardımın Nazirlər Şurasının bu gün keçiriləcək iclasında müzakirə edilərək təsdiqlənməsi gözlənilir.

Yeganə