"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

20 Yanvar – qanlı, amma şərəfli bir tarix

20 Yanvar 2023 - 14:42
in SİYASƏT
FacebookVatsap

Belə sonluğu heç kim gözləmirdi. Biz Xeyirlə Şər mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövh idik. O zaman çox az adam inana bilərdi ki, dövlət öz dinc vətəndaşlarına belə qanlı divan tuta bilər. Amma gördük ki, bəzən Şər də qalib gəlir. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi – qısa bir an.
İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq Şərqdə ilk demokratik respublikasını qurmuş Azərbaycan cəmi 2 illik müstəqillikdən sonra yenidən imperiya caynağına düşmüş və bu əsarətin artıq 70 yaşı vardı.
70 yaşlı sovet imperiyasının 19 yanvar 1990-cı il gecəsi: o müdhiş gecənin sabahı xalq düşmən tankının tırtılları altında əzilmiş, sinələri düşmən güllələrindən parçalanmış övladlarını qan gölündə tapdı. Bakının ürəkağrıdan dəhşətli mənzərəsi hamını sarsıtmışdı, amma xalq əyilmədi, ona tuşlanmış silahlardan qorxmadı. Nə qədər hüznlü və acı olsa da, xalq azadlıq uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Qanlı faciənin qurbanları azadlığı uğrunda can verdikləri Vətən torpağına yüz minlərin çiyinlərində daşındı və Müqəddəs torpaqda əbədiyyətə qovuşdular. Bu – Azadlığın bərpasına gedən yolumuzda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi.
Məzarlar üzərinə sərilmiş milyonlarla qərənfil şəhidlərimizin 20 Yanvar gecəsində Vətən torpağına axıdılan al qanını xatırladırdı. O günə qədər yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var! Sanki o qərənfillər “öz ayaqları ilə” şəhidlərin qəbri üstünə sərilməyə gəlmişdilər.
Bu günümüzdən baxanda 20 Yanvar mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən Sovet repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını nümayiş etdirdi. Bununla Azərbaycan xalqı milli iradəsinin sarsılmazlığını və əsarətə boyun əyməyəcəyini bütün dünyaya göstərdi, milli azadlıq uğrunda mübarizənin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqlarla dolu tarixi keçmişi və dövlətçilik ənənələri olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman düşmənə qarşı səfərbər olub mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət artıq əsarət altında yaşaya bilməzdi. Xalq öz qərarını verdi: Yolumuz – Azadlıqdır! Məramımız – Müstəqillikdir!
20 Yanvar faciəsi Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. O gecə baş verənlər xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Qanlı yanvar gecəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının daha da güclənməsinə və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet İmperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan “humanist” əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra Kommunist Partiyasından kütləvi istefalar və etirazlar İttifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı. Az sonra imperiya süqut etməyə başladı.
20 Yanvar gecəsi isə xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olundu. 20 Yanvar şəhidlərinin başlatdığı mübarizə davam etdi, böyüdü və bütövlükdə xalqın mübarizə yoluna çevrildi. Həmin gecə şəhidlərimizin öz qanı bahasına açdığı cığır sonda bizi Qarabağın ürəyinə – Şuşaya aparıb çıxardı. Yenə şəhidlər verdik. Amma xalqın azadlığı, millətin ləyaqəti və dövlətimizin müstəqilliyi təmin olundu.
Faciədən 33 il keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.
Şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix. Tarix isə onu unudanları bağışlamır.

Bunu da oxuyun

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Cavanşir Feyziyev

Previous Post

20 Yanvar – qanlı, amma şərəfli bir tarix

Next Post

Bu ölkə Ukraynaya F-16-lar verə bilər

Bənzər yazılar

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-si ilə bağlı müraciətlərin məzmununun sülh razılaşmalarının məntiqinə uyğun olmasının vacibliyini bildirib. Elchi.az xəbər...

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident İlham Əliyev Çin liderini təbrik edib

01 Oktyabr 2026 - 11:25

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41

“Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə...

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25

Prezident İlham Əliyev Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir...

Next Post
Bu ölkə Ukraynaya F-16-lar verə bilər

Bu ölkə Ukraynaya F-16-lar verə bilər

Bu ölkə Ukraynaya F-16-lar verə bilər

Bu ölkə Ukraynaya F-16-lar verə bilər

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Azərbaycandakı ahılların SAYI

Azərbaycandakı ahılların SAYI

01 Oktyabr 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.