"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Belçika noyabrın 24-dən etibarən yenidən üçgünlük nəqliyyat xaosu ilə üzləşəcək

19 Noyabr 2025 - 20:23
in DÜNYA, CƏMİYYƏT
FacebookVatsap

Belçika nəqliyyat işçiləri 24–26 noyabr tarixlərində üçgünlük tətilə hazırlaşırlar.

Bunu da oxuyun

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Elchi.az xəbər verir ki, tətilin nəqliyyatın bütün növlərinə qismən və ya tam təsir edəcəyi, həmçinin digər ictimai xidmət sahələrinin işçilərinin də onlara qoşulacağı gözlənilir.

Məlum olub ki, daxili və beynəlxalq qatar reyslərinin, şəhər nəqliyyatının və aviasiya daşımalarının bir çoxu tətil günlərində tam və ya qismən dayandırılacaq.

Brüsselin əsas hava limanı “Zaventem” 26 noyabrda bütün uçuşları ləğv edəcək. Operatorun açıqlamasında bildirilib ki, özəl sektorda ümummilli tətil təhlükəsizlik və yerüstü xidmətlərin fəaliyyətini pozacaq. Həmin gün bütün reyslərin icrasını təmin etmək mümkün olmayacaq, bu isə təhlükəsizlik problemlərinə və həddindən artıq növbələrin yaranmasına səbəb ola bilər. “Zaventem” uçuşları qəbul edəcək, lakin vəziyyətdən asılı olaraq onların da ləğv olunması mümkündür.

Bütün ölkə üzrə həmkarlar ittifaqı aksiyaları 24, 25 və 26 noyabrda keçiriləcək. 24 noyabr bazar ertəsi günü dəmir yolu işçiləri tətilə qoşulacaq. Sərnişinlərdən Belçika Dəmir Yollarının saytında və mobil tətbiqində xəbərləri izləmələri xahiş olunur. Bu tətil ən uzunmüddətli olacaq, 23 noyabr gecə yarısından başlayaraq 72 saat davam edəcək.

25 noyabrda bütün ictimai xidmət sahəsi, digər nəqliyyat növləri, məktəblər, xəstəxanalar, bələdiyyələr və inzibati qurumlar tətilə qoşulacaq. 26 noyabrda isə özəl sektor ümummilli tətil keçirəcək.

Həmkarlar ittifaqlarının bu aksiyası xidmət sahəsində ciddi pozuntulara səbəb olacaq və yeni federal hökumətin planlaşdırdığı sərt qənaət tədbirlərinə – sosial müdafiənin azaldılmasına – cavab olaraq indiyədək ən genişmiqyaslı etiraz olacaq. Həmkarlar ittifaqları alternativlər irəli sürürlər: iri sərvətlərə vergi, texnologiya nəhənglərinin rəqəmsal fəaliyyətinə vergi, şirkətlərə dövlət subsidiyalarının yenidən nəzərdən keçirilməsi.

Ötən ay həmkarlar ittifaqları artıq bir tətil keçirərək nəqliyyat işçilərini fəaliyyətlərini qismən dayandırmağa və Şimal Dəmir Yolu Vağzalından Cənub Vağzalına yürüş etməyə çağırmışdılar. Məktəblər və xəstəxanalar da qismən bu tətilə qoşulmuşdu. Brüsseldə keçirilən həmin aksiyada polis ilə toqquşmalar, yanğınlar və vandalizm qeydə alınmışdı

Previous Post

Avropa Komissiyası: Hərbi mobillik paketi əhəmiyyətli investisiyalar tələb edəcək

Next Post

Zelenski: Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvənirəm

Bənzər yazılar

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri...

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07

Ukrayna müharibə başa çatdıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün üç variantı nəzərdən keçirir. Elchi.az xəbər verir ki, bunu Ukrayna...

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub. Elchi.az xəbər verir ki, açılış mərasimində gənclər...

Next Post
Zelenski: Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvənirəm

Zelenski: Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvənirəm

Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.