Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə hərbi uçuş təlimlərinə başladığını açıqlayıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Belarus və Rusiya Silahlı Qüvvələrinin birgə regional enerji aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb.
Rusiyanın Hava-Kosmik Qüvvələrinin formalaşmasında iştirak etdiyi qeyd edilən bəyanatda “Təlimdə əsas məqsəd döyüş hazırlığı missiyasının birgə icrasında əməliyyat uyğunluğunu təmin etməkdir”,-deyə qeyd edilib.
Hava kəşfiyyatı, sərhəd boyu ortaq hava patrulu, birliklərə hava dəstəyi, taktiki hava desant birlikləri, taktiki hava eniş bölmələri, hava kəşfiyyatı və yüklərin çatdırılması mövzularında həyata keçirilən manevrin vəzifəsi bildirilib.
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrda Rusiya-Belarus İttifaqının sərhədlərində gərginliyin artması ilə əlaqədar iki ölkənin hərbi birləşmələrindən ibarət birgə regional qüvvə yaradıblar.
Yeganə