Belarus Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə razılaşdı

🗓 30.07.2014 08:12 ✍️ "Elçi" qəzeti
Belarus prezidenti Aleksandr Lukaşenko Minskin Ukrayna böhranının həlli üçün danışıqlara ev sahibliyi etmısiimg1610690 ilə bağlı Kiyevin təklifinə razılıq verib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Belarus prezidentinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, Ukrayna tərəfinin təşəbbüsü ilə prezidentlər Aleksandr Lukaşenko və Petro Poroşenko arasında telefon danışığı olub. Ukrayna prezidenti belaruslu həmkarından xahiş edib ki, Belarus maraqlı tərəflərin Ukrayna böhranının həlli üçün danışıqlara ev sahibliyi etsin. Lukaşenko bu təşəbbüsə müsbət cavab verib.
Musavat.com

Bənzər yazılar