Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi İrandan gələn 7 ballistik raket və 15 pilotsuz uçuş aparatının (PUA) tutulduğunu açıqladı. Nazirlik yazılı açıqlamada bildirib ki, “Müdafiə sistemlərimiz İrandan gələn 7 ballistik raket və 15 PUA-nı uğurla zərərsizləşdirib”.
Elchi.az xəbər verir ki, Bəyanatda həmçinin qeyd olunur ki, İran tərəfindən başladılan hücumların bir hissəsi olaraq BƏƏ müdafiə sistemləri indiyə qədər 334 ballistik raket, 15 qanadlı raket və 1714 PUA-nı zərərsizləşdirib.
Hücumlar nəticəsində Pakistan, Nepal, Banqladeş və Fələstindən 2 BƏƏ əsgəri və 6 mülki şəxs həlak olub, 158 nəfər isə yüngül, orta və ağır xəsarət alıb.
Şayəstə





















