Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubayın dünyada uçan taksi xidməti göstərən ilk şəhər olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bununla bağlı BƏƏ-nin WAM xəbər agentliyinin X sosial şəbəkəsində açıqlama verilib.
Müvafiq olaraq, pilot və 4 sərnişin daşıya bilən uçan taksinin tullantıları sıfırdır.
Maksimal uçuş məsafəsi 161 kilometr və maksimal sürəti saatda 320 kilometr olan uçan taksi ümumilikdə 4 stansiyadan ibarət olacaq: Dubay Beynəlxalq Hava Limanı, Downtown, Dubai Marina və Palm Jumeirah yaxınlığında.
Dubay Beynəlxalq Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqə olan səyahət vaxtı uçan taksi ilə 10 dəqiqəyə endiriləcək.
Nuranə Məmmədova