"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

BDU-nun daha bir korpusu istifadəyə veriləcək

29 İyul 2026 - 12:36
in CƏMİYYƏT
FacebookVatsap

Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edir.

Bunu da oxuyun

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Dənizdə batan 4 nəfər AXTARILIR

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Universitet sərgidə abituriyentlərə təhsil proqramları, qəbul imkanları, kampus həyatı və universitetdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edir.

Elchi.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev AzEdu.az-a açıqlamasında bildirib.

Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan bu cür tədbirlər qəbul prosesinin daha səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır:

“Hər bir ali təhsil müəssisəsi öz strateji inkişaf planına uyğun fəaliyyət göstərir və müxtəlif təqdimatlar həyata keçirir. Lakin universitetlərin eyni məkanda bir araya gələrək öz imkanlarını, nailiyyətlərini və təhsil proqramlarını abituriyentlərə təqdim etməsi onların düzgün seçim etməsinə və qəbul prosesinin daha effektiv təşkilinə mühüm töhfə verir.

Bakı Dövlət Universiteti olaraq bu cür təşəbbüsləri yüksək qiymətləndirir, həm ölkə daxilində, həm də beynəlxalq təhsil sərgilərində mütəmadi iştirak edirik.

Hazırda universitetimizdə yaradılmış yeni imkanlar barədə məlumatlar həm sərgi məkanında, həm də elektron platformalar vasitəsilə təqdim olunur. Abituriyentlərin suallarını operativ cavablandırmaq məqsədilə xüsusi elektron məlumat sistemi istifadəyə verilib. QR kod vasitəsilə sistemə daxil olan istifadəçilər onları maraqlandıran suallara qısa zamanda cavab əldə edə bilirlər.

Bununla yanaşı, universitetimizdə mütəmadi olaraq Açıq Qapı Günləri təşkil edilir. Abituriyentlər universitetə gələrək laboratoriyalar, muzeylər və kampus infrastrukturu ilə yaxından tanış olur, onları maraqlandıran suallara yerində cavab alırlar.

Bu il Bakı Dövlət Universiteti müasir dövrün tələblərinə uyğun formalaşdırılmış bir sıra yeni ixtisaslaşmalar təqdim edir. Təhsil proqramlarının yenilənməsi zamanı əmək bazarının tələbləri, işəgötürənlərin gözləntiləri, eləcə də ölkədə, regionda və dünyada müşahidə olunan inkişaf meyilləri nəzərə alınır.

Növbəti tədris ili universitetin infrastrukturunun inkişafı baxımından da əlamətdar olacaq. Əsaslı təmirə bağlanmış iri tədris korpuslarımızdan birində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yeni tədris ilindən etibarən tələbələr tamamilə yenilənmiş və müasir tədris infrastrukturu ilə təmin olunmuş binada təhsil alacaqlar.
Eyni zamanda, elmi tədqiqat və innovasiya fəaliyyətlərini əhatə edən Mükəmməllik Mərkəzində yenidənqurma işləri davam etdirilir. Kampus ərazisində tələbələrin sosial həyatını daha da zənginləşdirəcək yeni layihələr həyata keçirilir. Yaşıl kampus konsepsiyası çərçivəsində alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni istirahət və ünsiyyət məkanlarının yaradılması istiqamətində işlər görülür.

Tələbələrin elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, Bakı Dövlət Universitetinə xarici tələbələrin marağı ildən-ilə artır və növbəti tədris ilində də çoxsaylı əcnəbi tələbələrin universitetimizdə təhsil alacağı gözlənilir.

Təhsil haqları ilə bağlı ciddi dəyişiklik nəzərdə tutulmur. Bu il Bakı Dövlət Universitetində təhsil haqlarında əlavə artım planlaşdırılmayıb. Hesab edirik ki, əsas diqqət keyfiyyətli təhsilin təmin edilməsinə yönəldilməlidir. Təhsil prosesi qarşılıqlı məsuliyyət tələb edir və bu prosesdə həm təhsilverənlərin, həm də təhsilalanların üzərinə mühüm vəzifələr düşür.

Universitetin Strateji İnkişaf Planına uyğun olaraq bakalavriat səviyyəsində qəbul yerlərinin mərhələli şəkildə optimallaşdırılması, magistratura və doktorantura səviyyələrində isə qəbul imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər aparılır. Bu yanaşma universitetin elmi-tədqiqat potensialının daha da gücləndirilməsinə xidmət edir.

2026-2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetində bakalavriat səviyyəsində 76 ixtisas üzrə 5105, magistratura səviyyəsində isə 40 ixtisas üzrə 232 ixtisaslaşma üzrə 1606 plan yeri ayrılıb. Bu göstəricilər universitetin təhsil imkanlarının genişliyini və yüksəkixtisaslı mütəxəssis hazırlığına yönəlmiş strateji inkişaf siyasətini əks etdirir.

Əminik ki, həyata keçirilən bütün bu yeniliklər Bakı Dövlət Universitetinin inkişafına, tələbələrin daha keyfiyyətli təhsil almasına və universitetimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Previous Post

Türkiyədə Səlcuqlar dönəminə aid 16 məzar tapılıb – FOTO

Next Post

6 ayda övladlığa verilən uşaqların yaş bölgüsü

Bənzər yazılar

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

29 İyul 2026 - 14:52

Bir çox hallarda mənzil alan vətəndaşlar çıxarışda göstərilən sahənin müqavilədə qeyd olunan ölçüdən az olduğunu gördükdə tikinti şirkətinin öhdəliyini pozduğunu...

Dənizdə batan 4 nəfər AXTARILIR

Dənizdə batan 4 nəfər AXTARILIR

29 İyul 2026 - 14:45

Hazırda Bakı şəhəri ərazisində 4 nəfərin dənizdə batdığı ehtimal olunan yerlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda...

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

29 İyul 2026 - 14:36

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək....

Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

29 İyul 2026 - 14:18

Azərbaycanda ailənin yeganə oğlan övladlarının hərbi xidmətinin fərqli qaydada təşkili məsələsi hazırda gündəmdə deyil. Elchi.az xəbər verir ki, hərbi ekspert...

Next Post
6 ayda övladlığa verilən uşaqların yaş bölgüsü

6 ayda övladlığa verilən uşaqların yaş bölgüsü

Yol qəzalarında ölənlərin yarısı piyadalardır – RƏQƏMLƏR

Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

29 İyul 2026 - 15:00
Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

29 İyul 2026 - 14:52
Dənizdə batan 4 nəfər AXTARILIR

Dənizdə batan 4 nəfər AXTARILIR

29 İyul 2026 - 14:45
Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

29 İyul 2026 - 14:36
ÇL: Bu gün daha 8 oyun var

ÇL: Bu gün daha 8 oyun var

29 İyul 2026 - 14:27
Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

29 İyul 2026 - 14:18
“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

29 İyul 2026 - 14:14
Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

29 İyul 2026 - 14:09
Polşada Rusiya ilə müharibəyə dair bəyanat verilib

Polşada Rusiya ilə müharibəyə dair bəyanat verilib

29 İyul 2026 - 14:00
MOİK-in baş məşqçisindən “Qarabağ” açıqlaması

MOİK-in baş məşqçisindən “Qarabağ” açıqlaması

29 İyul 2026 - 13:45
Yaşayış icazəsi vəsiqələri elektronlaşdırılır

Yaşayış icazəsi vəsiqələri elektronlaşdırılır

29 İyul 2026 - 13:30
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

29 İyul 2026 - 13:17
Netanyahudan həbs olunması ilə bağlı çağırışlara görə Nyu-York merinə CAVAB

Netanyahudan həbs olunması ilə bağlı çağırışlara görə Nyu-York merinə CAVAB

29 İyul 2026 - 13:00
Yol qəzalarında ölənlərin yarısı piyadalardır – RƏQƏMLƏR

Yol qəzalarında ölənlərin yarısı piyadalardır – RƏQƏMLƏR

29 İyul 2026 - 12:52
6 ayda övladlığa verilən uşaqların yaş bölgüsü

6 ayda övladlığa verilən uşaqların yaş bölgüsü

29 İyul 2026 - 12:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.