Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən Elchi.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aprelin 21 və 22-si Ramazan bayramı günləri müəyyən edilib.
“Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir”, – məlumatda bildirilib.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...





















Son şərhlər