ABŞ prezidenti Co Bayden Rusiya və Çinin tərəfdaşı ilə yaxınlaşmaq üçün Vyetnama getməyə qərar verib. Elchi.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, Hanoy Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq və onun əsas tərəfdaşı olmaq istəyir. “Mən tezliklə Vyetnama gedirəm, çünki Vyetnam münasibətlərimizi dəyişmək və tərəfdaş olmaq istəyir” – deyə Bayden Nyu Meksikoda çıxışı zamanı bildirib.
Bundan əvvəl Pentaqon Çinlə mübahisəli Nanşa adaları ərazisində vəziyyətin gərginləşməsi ilə əlaqədar Filippinə dəstək verdiyini açıqlayıb.
Havar Şəfiyeva