Cümə günü ABŞ prezidenti Co Baydeni “Men” ştatına aparan təyyarədə texniki problem yaranıb.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki , bu barədə Amerika administrasiyası məlumat yayıb.
Ağ Ev bildirib ki, təyyarə eniş zamanı “kiçik texniki problem” yaşadı. “Men” ştatından “Delaver”ə uçuş üçün fərqli təyyarədən istifadə ediləcəyi qeyd edilir.
Nuranə Məmmədova