"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi

25 Aprel 2021 - 11:23
in XƏBƏR LENTİ
FacebookVatsap
Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi

ABŞ dünyanın super gücü hesab edilir. Ancaq güc, haqlı olmaq anlamına gəlmir. Alıcılıq qabiliyyəti və dollar ilə neftin qiymətini, milli valyutaların məzənnəsini müəyyənləşdirən, münaqişələri həll etmək üçün söz sahibi olan bir dövlətin gücü həm də ədalətindən keçir. Lakin zaman ötdükcə məlum olur ki, ABŞ ədaləti barədə aparılan təbliğat daha çox mif, illüziya imiş.

Bunu da oxuyun

İmişlidə zəlzələ olub

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

İtmiş şəhərlərin axtarışında

Azərbaycan cəmiyyəti ştatların ədaləti barədə deyilənlərin mif olduğunu 1992-ci ildə, müstəqilliyini yeni bərpa edən dövlətə, demokratik inkişaf yolunu tutan hakimiyyətə “Azadlığı müdafiə aktı” əsasında tətbiq etdiyi sanksiyadan bilir. Onda Azərbaycan ABŞ-ın sanksiyasına öz torpaqlarını Xocalı soyqırımını törədən Ermənistanın təcavüzündən və işğalından qorumaq, azad etmək üçün məruz qalmışdı.

Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden də təmsil etdiyi dövlətin “ədalətini” bir daha nümayiş etdirdi. Ağ evin 78 yaşlı sahibi sübut etdi ki, 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu dövləti idarə edənlər regionda baş verənləri hələ də qiymətləndirmək də çətinlik çəkirlər.

Belə çıxır ki, ABŞ kimi bir dövlətin mənafeyi erməni lobbisinə güzəşt edilir.

Bu gün Cozef Bayden saxtakarlığı müdafiə edib: “Hər il bu gün biz Osmanlı dövründə “erməni soyqırımı” zamanı ölənləri xatırlayır, belə zülmün bir daha təkrarlanmaması üçün öhdəliklərimizi yeniləyirik”.

Bunun ardınca Bayden saxta erməni tarixinə “hörmət” etdiklərini, “tarixi təsdiq”lədiklərini deyib. ABŞ lideri çıxışında daha sonra bildirib: “Bunu kimisə günahlandırmaq üçün deyil, bunun əsla bir daha yaşanmaması üçün edirik”.

Cozef Bayden erməni “tarixi”ni təsdiqləməklə həmin illərdə və ondan sonra ötən 106 il ərzində ermənilərin Azərbaycanda, Anadoluda, Özbəkistanda yüz minlərlə dinc sakini soyqırıma məruz qoymalarına, onlarla türk diplomatlarının qətlinə bəraət qazandırıb. O, bu çıxışı ilə həmin cinayətləri dəstəklədiyini bəyan edib.

Ağ evin qoca lideri açıqlamasında “belə zülmün bir daha təkrarlanmaması üçün öhdəliklərimizi yeniləyirik” və “bunun bir daha yaşanmaması üçün edirik” deməklə iki dəfə yalan danışıb. Çünki ABŞ ordusu və siyasəti nəticəsində son 18 ildə Suriyanın 6 milyon vətəndaşı məcburi köçkün, 4,8 milyon vətəndaşı isə qaçqın vəziyyətinə düşüb, bu ölkənin bir milyona yaxın dinc sakini qətlə yetirilib.

İraqdan da qaçqın düşən vətəndaşların sayı 4,3 milyon, itkilərinin sayı isə milyondan çoxdur. Afrikada dinc sakinlərin qətlə yetirilməsi, milyonlarla insanın didərgin düşməsi də ABŞ siyasətinin ədalətinin insanlığa verdiyi “töhfə”dir.

ABŞ-da qara dərililərin irqi ayrı-seçkiliyə, yerli hinduların soyqırıma məruz qalması heç kimə sirr deyil. Elə son zamanlar “öhdəliklərimizi yeniləyirk” deyən prezidentin ölkəsində afro-amerikalı ABŞ vətəndaşlarının rənglərinə görə qətlə yetirilməsini xatırlamaq bunu təsdiqləyər.

“Washington Post” qəzetinin jurnalisti Kimberli Kindinin bir neçə il əvvəl apardığı araşdırmanın nəticəsinə əsasən, afroamerikalılar ölkə əhalisinin 13 faizini təşkil edir. Elə ABŞ polisi tərəfindən öldürülənlərin 26 faizi də onların payına düşüb.

Bu günlərdə ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) bir neçə afroamerikalı qətlə yetirilib. Hadisə 2020-ci il mayın 25-də polis tərəfindən Corc Floydun qətlə yetirildiyi ərazidə baş verib. Ştatlarda afro-amerikalı vətəndaşların öldürülməsini adi cinayət hadisəsi kimi qələmə verilməsinə inanmaq sadəlövhlük olardı. Bu ölkədə “ku-kluks-klan”çılar hələ də var.

“Ermənilərə hörmət edirik” deyən Bayden ermənilərin soyqırıma məruz qoyduğu dinc Azərbaycan vətəndaşlarının, Osmanlı təbəəsi olmuş minlərlə müsəlmanın xatirəsinə niyə hörmətsizik edir?

Bu, Baydenin ayrı-seçkiliyə xidmət edən siyasi-mənəvi düşüncəsindən irəli gəlir. Çünki o, “KKK” ruhu ilə böyüyüb. Bu təşkilatın fəaliyyəti Baydenin gəncliyinə təsadüf edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində Baydenin çıxışına belə münasibət bildirib: “Sözcüklər tarixi dəyişdirməz, yenidən yaza bilməz. Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi kəmfürsətlilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Əsası populizm olan bu açıqlamanı bütövlükdə rədd edirik”.

Bu məsələdə Azərbaycanın da mövqeyi məlumdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:

“Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır”.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Məhz Baydenin bəyanatından sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı da bunu sübut edir.

Dövlət başçımız C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıb. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Cozef Baydenin “humanizm” nümayiş etdirmək adı altında ermənisevərliyi ABŞ tarixinə ədalətsizlik ləkəsidir. Baydenin bu səhvindən daha çox insanlıq ziyan görəcək. Bunun bumeranq kimi ABŞ-a da qayıdacağı istisna deyil.

Sədrəddin İsmayılov

Previous Post

Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi

Next Post

Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Bənzər yazılar

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. Elchi.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji...

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56

Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var. Elchi.az -ın məlumatına görə, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb....

İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53

 Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan yeni tapıntılar – AZTV-nin eksklüziv reportajı Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması...

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31

2027-ci ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 645,2 milyon manat olması nəzərdə...

Next Post

Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Son xəbərlər

İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.