ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden vitse-prezidentliyi dövründə potensial biznes tərəfdaşları və xarici investorlarla əlaqə saxlamaq üçün atasına dəfələrlə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə kiçik Baydenin keçmiş biznes ortağı Devon Arçerə istinadən “Sky News” məlumat yazıb.
Arçer Nümayəndələr Palatasının Respublikaçıların rəhbərlik etdiyi nəzarət komitəsi qarşısında ifadə verməli olacaq. Qeyd edilir ki, keçmiş biznes tərəfdaşı prezidentin oğlunun atasının Rusiya və Ukrayna da daxil olmaqla xarici investorlara təsir imkanlarından istifadə etməsindən danışacaq.
Arçerin sözlərinə görə, Hunter Bayden işgüzar görüşlərin dörddə birindən çoxunda atasından sövdələşmə vasitəsi kimi istifadə edib. “Bayden Sr. həmişə oğlunun xarici iş yoldaşları ilə qeyri-müəyyən şəkildə ünsiyyət qurub, onlarla xoş sözlər mübadiləsi edib və nəzakətlə söhbət edib”, – deyə nəşr yazır.
Qeyd edək ki, bundan əvvəl ABŞ senatoru Çak Qrassli mənbəyə istinadən ABŞ prezidenti Co Baydenin iştirakı ilə Ukraynanın Burisma enerji şirkətinin korrupsiya sxemini təsvir edən
sənədini açıqlayıb.
Havar Şəfiyeva