ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya “şərin təcəssümü” deyib.
Elchi.az xəbər verir ki, o, bu fikri jurnalist Taker Karlsona verdiyi müsahibədə səsləndirib. Müsahibənin videosu Karlsonun “YouTube” kanalında mövcuddur.
“Əgər Bibi Netanyahuya şərin təcəssümü demək antisemitizmdirsə, onda insanlara nə deyəcəyimi bilmirəm. Sadəcə gözlərinizi açmaq lazımdır. Sözün əsl mənasında — gözlərinizi açın, bir anlıq ürəyinizi açın və dərk edin”, — deyə o bildirib.
Taker Karlson cavab olaraq bildirdi ki, onun fikrincə, Netanyahuya qarşı tənqidlərin antisemitizm olması barədə iddia aşkar yalandır.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarmaq qərarını qəbuledilməz adlandırmışdı.
Yeganə





















