ABŞ prezidenti Co Baydenin keçmiş şəxsi kabinetində onun vitse-prezidentliyinə aid dövlət məxfi sənədləri tapılıb.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber qeyd edib ki, Baydenin təsis etdiyi Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2009-2017-ci illərdə vitse-prezident vəzifəsində işlədiyi müddətdən məxfi məlumatları ehtiva edən bir neçə sənəd qalıb.
Sauber, sənədlərin 2 noyabr 2022-ci ildə bağlı kabinetdə tapıldığını bildirib və əlavə edib ki, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və dövlət milli arxiv agentlikləri ilə əlaqə saxlayıb.
Ağ Ev rəsmiləri Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını açıqlayıb.
Bayden iqamətgahında gizli sənədlər tapılan zaman Trampı məsuliyyətsizlikdə ittiham etmişdi…
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evindən yayılan məxfi sənədləri tənqid edən Baydenin ofisindən məxfi sənədlərin yayılmasına Respublikaçılar Partiyasının üzvləri reaksiya verib.
CNN televiziyasına danışan respublikaçı siyasətçi Ceyms Komer, Baydenin şəxsi ofisindən gizli sənədlərin çıxmasının aşağıdakı kimi dəyərləndirib:
“Prezident Bayden keçmiş prezident Trampın məxfi sənədləri səhvən öz iqamətgahına və ya başqa yerə aparmasını çox tənqid edirdi və indi deyəsən, o, eyni şeyi etmiş ola bilər”.
Yeganə