Amerika lideri ABŞ Ədliyyə Nazirliyinə xüsusi qaydalar hazırlamağı tapşıracaq.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin amerikalıların şəxsi məlumatlarının başqa dövlətlərə ötürülməsini qadağan edən fərmanı Rusiya, Çin, İran, Venesuela, Kuba və KXDR-ə şamil ediləcək. Bu barədə “The New York Times” Ağ Ev nümayəndəsinə istinadən yazır.
Materialda qeyd olunur ki, Bayden müvafiq fərmanı fevralın 28-də imzalamalıdır. Sənəd ABŞ Ədliyyə Departamentinə səlahiyyətlər verir və o, altı ölkəyə Amerika vətəndaşlarının yeri, sağlamlığı və genetikası haqqında məlumatların satışını məhdudlaşdırmaq üçün qaydalar hazırlamalı olacaq.
Qadağa biometrik məlumatlar, maliyyə məlumatları və vətəndaşın şəxsiyyətini müəyyən etmək üçün istifadə edilə bilən digər materiallara şamil ediləcək.
Şayəstə Hüseynova