ABŞ prezidenti Co Bayden yaşı ilə bağlı deyilənlərə cavab verərək, illər keçdikcə daha müdrikləşdiyini qeyd edib. Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.
“Biri deyib: “Bilirsən, Bayden qocalır”. Deməli, yaşla gələn yeganə şey bir az müdriklikdir”, – deyə prezident bildirib. O, həmçinin əlavə edib ki, o, öz vəzifələrini hamıdan artıq çox yerinə yetirib və bundan sonra da yerinə yetirəcəyinə söz verib.
Qeyd edək ki, Bayden yaşına görə tez-tez ələ salınıb.
Havar Şəfiyeva