ABŞ prezidenti Co Bayden mayın 19-21-də Yaponiyaya səfər edəcək. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
Jan-Pyerin dediyi kimi, Bayden Xirosimada keçiriləcək G7 sammitində iştirak edəcək. Onun sözlərinə görə, G7 ölkələrinin liderləri dünya problemləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti və Kiyevə dəstəyi müzakirə edəcəklər.
Sammitdən sonra Amerika prezidenti Avstraliyaya səfər edəcək və orada mayın 24-də Yaponiya, Hindistan və Avstraliya liderləri ilə dördtərəfli görüş keçirəcək.
Havar Şəfiyeva