Bayden Ukraynaya 700-ə yaxın tank, minlərlə zirehli texnika ötürəcəyini vəd edib

67

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton və müttəfiqləri 50-dən çox qabaqcıl MLRS köçürəcəklər.
Elchi.az xəbər verir ki, bir gün əvvəl Kiyevə gələn ABŞ prezidenti Co Bayden bəyan edib ki, Vaşinqton və müttəfiqləri Kiyevə 700-ə yaxın tank, həmçinin minlərlə zirehli texnika və 2 milyondan çox artilleriya mərmisi ötürmək niyyətindədirlər.
“Biz birlikdə 700-ə yaxın tank, minlərlə zirehli texnika, min artilleriya sistemi, iki milyondan çox artilleriya mərmisi, 50-dən çox qabaqcıl MLRS vəd etmişik”, – Amerika lideri bazar ertəsi, fevralın 20-də mətbuat konfransında deyib.
Xatırladaq ki, bu gün, fevralın 20-də Bayden Kiyevə gəlib və orada Ukrayna prezidenti Vladimir Zelenski ilə Müqəddəs Mixail Katedralində görüşüb. KP.RU saytının yazdığı kimi, Ağ Ev rəhbəri artıq Kiyevin 500 milyon dollarlıq yeni hərbi yardım paketi alacağını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton bunu çərşənbə axşamı, fevralın 21-də rəsmi şəkildə elan etməlidir.

Şayəstə