ABŞ prezidenti Co Bayden keçmiş dövlət başçısı Donald Trampı Konqresə hücumu dəstəklədiyinə görə terrorçu adlandırıb.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Viskonsin ştatında jurnalistlərlə söhbətində prezidentdən respublikaçını terrorçu hesab edib-etməməsi soruşulub.
Ondan Kolorado ştatının Ali Məhkəməsinin Trampı seçicilər siyahısından çıxarmaq qərarına münasibət bildirməsi xahiş olunub: “Mən şərh verməyəcəyəm”,deyə Bayden bildirib.
O, əlavə edib ki, Konstitusiyanın 3-cü maddəsinə edilən 14-cü düzəlişin keçmiş prezidentə şamil edilib-edilməməsinə yalnız məhkəmə qərar verə bilər, ona görə, and içməyənə qədər heç kim ABŞ-da və ya hər hansı ştatda xidmətdə heç bir vəzifə tuta bilməz: “Tramp Birləşmiş Ştatlara qarşı fitnə və ya üsyanda iştirak etmiş və ya onun düşmənlərinə kömək etmişdir”,-deyə Bayden vurğulayıb.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarları prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün Konqresin binasına basqın ediblər. Bayden seçkilərdə qalib gəlib. ABŞ-ın xüsusi prokuroru Cek Smit avqust ayında Trampa qarşı dörd maddə üzrə ittiham irəli sürdüyünü açıqlamışdı. O, əslində qanunsuz olaraq hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.
Yeganə