ABŞ prezidenti Co Bayden daha əvvəl ittiham olunan oğlu Hunterlə bağlı jurnalistlərin suallarına məhəl qoymayıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Amerika liderinin ölkədəki iqtisadi problemlərlə bağlı çıxışı Merilend ştatında baş tutub. Siyasətçinin çıxışından sonra jurnalistlərdən biri soruşub: “Cənab prezident, Hunterə qarşı irəli sürülən ittihamlara münasibətiniz necədir?”
Bayden cavab olaraq gülümsəyib, lakin suala məhəl qoymayıb və diqqətini yaxınlıqda dayanan digər həmsöhbətə çevirib.
Havar Şəfiyeva