ABŞ prezidenti Co Bayden dünən ardıcıl olaraq üç dəfə Nümayəndələr Palatasının sədri seçilməməsinin ölkə üçün yaxşı imic olmadığını deyib.
Elchi.az xarici mediaya istiandən bildirir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden Kentukki səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Bayden Respublikaçıların əksəriyyətinin lideri Kevin Makkartinin partiyasından kifayət qədər səs ala bilmədiyi üçün Nümayəndələr Palatasının sədri seçilə bilməməsinin və Nümayəndələr Palatasının fəaliyyətə başlaya bilməməsinin ölkə üçün yaxşı olmadığını qiymətləndirib.
“Bu işin bu qədər uzun sürməsinin utancverici olduğunu düşünürük”-deyən Bayden Respublikaçıların birlikdə hərəkət edərək bu böhrandan çıxa biləcəyinə ümid etdiyini söyləyib.
Yeganə