ABŞ prezidenti Co Bayden “Fox News”-un müxbirinin oğlu Hunterin biznes tərəfdaşları ilə niyə danışması ilə bağlı sualına kəskin cavab verib.
Elchi.az bu barədə Thetimes.co.uk-a istinadən xəbər verir ki, jurnalist Peter Ducey Nyu Meksikoda keçirdiyi mətbuat konfransı zamanı Baydendən Hunterin keçmiş biznes ortağı Devon Archer haqqında soruşub.
O, vitse-prezident kimi Baydenin potensial tərəfdaşlarla əlaqə saxladığının şahidi olduğunu iddia edib.
“Mən heç vaxt heç kimlə bizneslə bağlı danışmamışam və bilirdim ki, siz pis, hətta iyrənc bir sual verirsiniz”,-deyə Bayden qeyd edib.
Xatırladaq ki, 2019-cu ildə Bayden eyni müxbirə heç vaxt Hunterin xarici biznes əlaqələrini onunla müzakirə etmədiyini söyləyib.
Yeganə