Türkiyə ABŞ-dan F-16 qırıcıları almasa, özünün qayğısına qalacaq.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Bayden mənə bu məsələni həll edəcəyini vəd etdi. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu, onlar da buna müsbət baxacaqlarını dedilər. İndi F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, nə edəcəyik? Özümüzün qayğısına qalacağıq. Yunanıstana hər cür F-16 dəstəyi verəcəksiniz, orada bazalar quracaqsınız, ancaq Türkiyə kimi NATO-da dost bir ölkəyə bu dəstəyi verməyəcəksiniz? Belə olan halda Türkiyə özünün qayğısına qalacaq”, – o bildirib.
XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti...





















Son şərhlər