“Bayden Kiyevə gəlib”-Feyqi

65

Ukrayna mətbuatı Kiyevdə işləyən siyasi şərhçi Mark Feyqinin bloquna istinadən yazır ki, Amerika prezidenti Co Bayden Kiyevdədir. Lakin jurnalistlər vurğulayırlar ki, bu məlumatın rəsmi təsdiqi olmayıb və Feyqinin özü hazırda Ukraynadan kənardadır.

Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Xatırladaq ki, bundan əvvəl Baydenin fevralın 20-dən 22-dək Polşaya səfəri barədə məlumat verən Ağ Evin mətbuat xidməti vurğulamışdı ki, Avropada, o cümlədən Ukraynada başqa dayanacaqlar planlaşdırılmır. İlkin rəsmi cədvələ əsasən, ABŞ prezidenti polşalı həmkarı Anjey Duda və “Buxarest doqquzluğu” ölkələrinin (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) liderləri ilə görüşəcək.

Yeganə