ABŞ prezidenti Co Bayden Ağ Evdəki mükafatlandırma mərasimini qəfil tərk etdikdən sonra veteranlara hörmətsizlik etməkdə günahlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “New York Post” qəzeti yazıb.
Nəşr Baydenin Vyetnam müharibəsi veteranı, 81 yaşlı istefada olan kapitan Larri Tayloru mükafatlandırdıqdan sonra son duanı gözləmədən mərasimi necə tərk etdiyini göstərən kadrlar dərc edib.
“Prezident Bayden Vyetnam Müharibəsi Veteranına Şücaət Medalı təqdimetmə mərasimi bitməzdən əvvəl tərk etdikdən sonra ona hörmətsizlikdə günahlandırıldı” – deyə “NYP” hesabatında qeyd olunur.
Havar Şəfiyeva