ABŞ Prezidenti Cozef Bayden G20 sammitində Ukrayna ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını deyib.
Elchi.az erməni mediasına istinadən xəbər verir ki, Bayden bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında söyləyib.
O, Rusiya Prezidenti Vladimir Putinin konfransda iştirak etməyəcəyindən xəbərdar olduğunu açıqlayıb:
“Mən G20-yə gedəcəyəm, mənə dedilər ki, Prezident Putin orada olmayacaq, amma başqa dünya liderləri də olacaq, bizim növbəti addımların necə olacağını görmək imkanımız olacaq”.
Xatırladaq ki, noyabrın 15-də və 16-da Balidə G20-nin 17-ci sammiti keçiriləcək.
Yeganə