Vaşinqton Kiyevə “Patriot” HHM sistemlərini göndərəcək.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
“Biz Ukraynanın özünü qoruma imkanlarını gücləndirməyə davam edirik, xüsusilə hava müdafiəsi sahəsində. Məhz buna görə də Ukraynaya “Patriot” batereyaları vermək istəyirik”, – o bildirib.
Bayden Ukrayna əsgərlərinə “Patriot”dan istifadənin də öyrədiləcəyini vurğulayıb.
Qeyd edək ki, bundan öncə Pentaqon Ukraynaya yeni 1,85 milyard dollarlıq hərbi yardım paketinə bir “Patriot” ZRK batareyası, HARM raketləri, HIMARS reaktiv yaylım atəş sistemləri sursatları və digər silahlar daxil edildiyini bildirmişdi.
Uitkoff Ukrayna üzrə danışıqların növbəti raundunun razılaşdırıldığını bildirib
Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub və danışıqların növbəti raundu razılaşdırılıb. Elchi.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ...





















Son şərhlər