Bayden Cənubi Koreya ilə ittifaqların ortaq inanclara əsaslandığını deyir

94

ABŞ prezidenti Co Bayden ölkəsi ilə Cənubi Koreya arasındakı ittifaqın demokratiya, təhlükəsizlik və hər şeydən əvvəl azadlıq kimi ortaq inanclara əsaslandığını bəyan edib.
Elchi.az xəbər verir ki,Bayden, Twitter hesabında etdiyi paylaşımda Cənubi Koreyanın Koreya Respublikası kimi xatırlanmasına üstünlük verərək, Vaşinqton ilə Seul arasındakı ittifaqın demokratiya, təhlükəsizlik və hər şeydən əvvəl azadlıq kimi ortaq inanclardan ibarət olduğunu bildirib.
“Biz güclü müttəfiqliyimizi, gələcəyimizə dair ümumi baxışımızı və Koreya Respublikası ilə ABŞ-ı birləşdirən dərin dostluğu qeyd edirik”. ifadəsini işlətdi.
Son 70 ildə müttəfiqliklərinin gücləndiyini və imkanlarının artdığını qeyd edən Bayden ABŞ və Cənubi Koreya xalqları arasında əməkdaşlığın, bir-birinə olan öhdəliklərinin və tərəfdaşlıqlarının bütün sahələrdə dərinləşdiyini və inkişaf etdiyini vurğulayıb.
Bayden hər iki xalqın demokratik dəyərlərdə birləşdiyini bəyan edib.

Nuranə Məmmədova