ABŞ prezidenti Co Bayden Ordunun Taktik Raket Sisteminin Ukrayna Silahlı Qüvvələrinə münaqişənin gedişatını dəyişməsinə kömək etməyəcəyindən ehtiyat edir. Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
“ABŞ Zelenskiyə istədiyi bütün silahları, o cümlədən uzaq mənzilli raketləri verib. İndi o, Bayden qorxur ki, raketlər ukraynalılara o qədər də kömək etməyəcək, çünki ruslar öz təyyarələrini bu silahların əhatə dairəsindən kənarda yerləşdirirlər”, – deyə nəşr yazır.
Müəlliflər vurğulayırlar ki, Amerika lideri indi ABŞ daxilində Ukrayna münaqişəsindən yaranan yorğunluğu cilovlamağa çalışır, bu yorğunluq ona görə yaranıb ki, verilən hərbi yardım və kəşfiyyat məlumatları əks-hücumda uğur qazanmağa imkan vermir.
Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın “The Spectator” jurnalı Ukraynanın ilk dəfə istifadə etdiyi “ATACMS” raketlərinin Rusiya ordusuna qarşı təsirsiz olduğu ortaya çıxdığını yazıb. Nəşrin müşahidəçiləri vurğulayıblar ki, Rusiya ordusu Ukraynanın əldə etdiyi hər bir yeni silaha, o cümlədən uzaqmənzilli raketlərə və dəniz pilotsuz təyyarələrinə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirib.
Havar Şəfiyeva