ABŞ prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya həddindən artıq xərclədiyinə görə tənqid edib və onu bu cür israfçılığa görə axmaq adlandırıb.
Elchi.az xəbər verir ki, ABŞ prezidentinin çıxışı Floridadakı Mar-a-Laqo malikanəsində baş tutub.
“Biz Bayden kimi pul itirmirik. O, axmaq kimi pul xərcləyib. O, axmaq idi”, – Tramp deyib.
O, həmçinin xatırladıb ki, ABŞ NATO-ya silah satmaqla Ukrayna münaqişəsində artıq pul itirmir, bəziləri isə Kiyevə verilir.
Yeganə





















