ABŞ prezident Co Bayden Asiyaya səfər planını qısaldıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
O, respublikaçı liderlərlə danışıqları davam etdirmək və ABŞ-ın potensial fəlakətli borc defoltunun qarşısını almaq üçün planlaşdırıldığından əvvəl Vaşinqtona qayıdacaq.
Çərşənbə günü Bayden G7 sammiti üçün Yaponiyaya gedəcək, lakin oradan Papua Yeni Qvineya və Avstraliyaya getməyəcək. Prezidentin ən qısa zamanda Vaşinqtona qayıtması zərurətindən bu səfərlər ləğv edilib.
Ağ Evin bəyanatında deyilir: “Prezident Bayden Konqres liderləri ilə danışıqları davam etdirmək və Konqresin müəyyən edilmiş vaxt çərçivəsində defoltun qarşısını almaq üçün tədbirlər görməsini təmin etmək üçün G7-nin bitməsindən sonra bazar günü ABŞ-a qayıdacaq”.
G7 sammitindən sonra Bayden ABŞ, Avstraliya, Yaponiya və Hindistanın qatılacağı Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqunda iştirak etməli idi. Bununla belə, Ağ Ev Baydenin Avstraliyanın baş naziri Entoni Albanese zəng edərək səfəri ləğv etdiyini və onu Vaşinqtona dövlət səfərinə dəvət etdiyini açıqlayıb. Səfərin tarixi hələ qeyd olunmayıb.
Yeganə