Amerika Birləşmiş Ştatların prezidenti Co Bayden “Birliyin vəziyyəti” ilə bağlı çıxışı zamanı ona amfetamin verilmiş kimi görünürdü”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu fikirləri demensiyadan əziyyət çəkən xəstələrlə işləyən psixiatr Kerol Liberman “The Washington Times” (WT) qəzetinə müsahibəsində irəli sürüb.
Ekspert vurğulayıb ki, dövlət başçısı adətən ləng danışır, lakin çıxışı zamanı nitqi sürətli və qəzəbli olur.
Psixoloq həmçinin bildirib ki, Bayden çox jestlər edir və əllərini tez tərpədir, baxmayaraq ki, o, adətən onları podiumda tutur və teleprompterdən mətn oxuyur.
"O, sadəcə yüksək səslə danışmadı. Hər kəsin onu eşidə biləcəyi və mikrofonu olan otaqda qışqırdı", - deyə Liberman deyib.
Yeganə