“Amerikalılar reseptlə satılan dərmanlara digər xalqından daha çox pul ödəyir”.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
Bayden Virciniyanın “Virginia Beach” bölgəsində iştirak etdiyi proqramda dövlətin sağlamlıq siyasətindən danışıb:
“Amerikalılar reseptlə satılan dərmanlara dünyadakı digər xalqından daha çox pul ödəyirlər”.
Bayden səhiyyə xərclərinin Amerika xalqı üçün böyük bir yük olduğuna diqqət çəkib. Bu səbəbdən vəzifəyə gəldiyi gündən daha çox insana uyğun səhiyyə xidmətlərinin göstərilməsinə və tibbi xərclərin azaldılmasına diqqət ayırdıqlarını deyib.
Əczaçılıq şirkətlərinin qiymətləri inflyasiyadan daha sürətli qaldırdığını qeyd edən Bayden, reseptlə satılan dərmanların qiymətinin aşağı salınmasının federal büdcə kəsirini azaldacağına və borcun 159 milyard dollar azalacağına diqqət çəkib.
Bayden, səhiyyə xərclərinə dair siyasətlərini tənqid etdiyi respublikaçıların, insanlara əlverişli sağlamlıq xidməti almağa imkan verən “Medicaid” kimi proqramları kəsməyə çalışsalar da, onlara mane olacaqlarını söyləyib.
Yeganə