ABŞ prezidenti Cozef Bayden Amerika qoşunlarının Avropada uzun müddət qalacağını bildirib.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Polşa Radiosun müxbiri Marek Walkuski Baydendən ABŞ qoşunlarının Polşada və Şimali Atlantika Alyansının digər ölkələrində nə qədər qalacağını soruşub:
“ABŞ ordusu orada uzun müddət qalacaqlar. Hazırda ABŞ qoşunlarının Avropadakı hərəkətləri ilə bağlı xüsusi təlimat yoxdur”,-deyə Bayden qeyd edib.
Yeganə