ABŞ prezidenti Cozef Bayden Bostonun Loqan Hava Limanında etdiyi çıxışında buraya yatırılacaq 62 milyon dollarlıq sərmayəni təqdim edib.
Elchi.az “Sabah.com.tr”-yə istinadən bildirir ki, sözügedən sərmayə çərçivəsində hava limanının beynəlxalq terminalının modernləşdiriləcəyini və uçuş-enmə zolaqlarının inkişaf etdiriləcəyini bildirən Bayden, bura ediləcək sərmayə ilə təxminən 6 minə yaxın əlavə məşğulluq təmin edəcəklərini söyləyib:
“Amerikada heç bir hava limanı dünyanın ilk 25 hava limanına daxil deyil. Bu bizim üçün niyə vacibdir? Bu ticarət deməkdir, gəlir deməkdir, təhlükəsizlik deməkdir və biz dünyanın ilk 25-liyinə belə düşə bilmirik”.
Çin kimi ölkələrin son illərdə infrastruktur sərmayələri olmadığı üçün iqtisadi cəhətdən ABŞ-ı üstələdiklərinə diqqət çəkən Bayden, nəhayət 1 trilyon dollarlıq bir infrastruktur paketi imzaladıqlarını və bu çərçivədə hava limanlarına milyardlarla dollar sərmayə qoya biləcəklərini söyləyib.
Yeganə