Ipsos sorğu xidməti tərəfindən dərc edilən sorğu məlumatlarına görə, Amerika vətəndaşlarının hazırkı prezidentləri Co Bayden üçün bəyənmə reytinqi rekod səviyyədə aşağı düşərək 40 faiz olub.
Elchi.az Reuters-ə istinadən xəbər verir ki, yanvarın 13-15-də keçirilən sorğuda 1035 nəfər iştirak edib. Sorğu göstərib ki, amerikalıların təxminən 60%-i Ağ Ev rəhbərinin fəaliyyətini bəyənmir.
Güvən səviyyəsinin aşağı düşməsi onun vitse-prezident olduğu illərlə (2008-2016) bağlı məxfi sənədlərin Delaverdəki beyin mərkəzində və evdə tapılmasından sonra baş verib. Sənədlərdə Ukrayna, İran və Böyük Britaniyanın kəşfiyyat məlumatları var.
Yeganə