ABŞ prezidenti Co Baydenə dəstək günü-gündən azalır. Amerikada keçirilən sorğuya görə, əhalinin 74 faizi ölkənin yanlış yolda olduğunu düşünür.
Elchi.az “Trthaber”ə istinadən xəbər verir ki, ölkədəki demokrat seçicilərin 64 faizi 2024-cü il prezident seçkilərində yeni namizədin irəli sürülməsinin tərəfdarıdır.
Qeyd edək ki, Bayden 2024-cü ildə ikinci dəfə prezidentliyə namizəd olmaq istəyir. Ancaq “New York Times” qəzetinin məlumatına görə, əksər demokratlar Baydenin ikinci dəfə namizəd olmasının tərəfdarı deyillər.
Oxşar nəticə ABŞ-ın “NBC” xəbər təşkilatının sorğusundan da gəlib. “NBC” minə yaxın insanla keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Amerikalılar ölkədəki vəziyyəti qənaətbəxş hesan etmir. Bunun əsas səbəbi kimi iqtisadiyyat və inflyasiya ilə bağlı geniş yayılmış narahatlıqlar göstərilir.
Güman edilir ki, Baydenin yerinə vitse-prezident Kamala Harris namizəd ola bilər.
Yeganə