Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının illik konqresinə dəvət olunub.
Q. Həsənquliyevin APA-ya verdiyi məlumata görə, o, bu il mayın 21-22-də Londonda keçiriləcək konqresdə iştirak edəcək.
Hazırda Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibində Budapeştdə olan millət vəkili bildirib ki, bu gün ittifaqın NATOPA-dakı üzvlərinin qrup toplantısı olub: “Həmin toplantıya mən də dəvət olundum. Toplantıda bu il Kanada, Polşa, Azərbaycan, Türkiyədə keçiriləcək parlament seçkiləri ilə bağlı bu ölkələrdən olan nümayəndələrə söz verildi”.
Q. Həsənquliyev çıxışında Azərbaycandakı seçki sistemi və bu il keçiriləcək seçkilərlə bağlı məlumat verib.
Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...




















Son şərhlər