"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib

27 Aprel 2015 - 17:52
in MANŞET
FacebookVatsap
11178308_627962600667619_1124286510892041909_nBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

BAXCP mətbuat xidmətindən verilən məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın 2007-ci ildən hər il aprelin 24-ü qəhrəman türk əsgərinin anım günü kimi qeyd etdiyini xatırladıb.

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

BAXCP sədri Türkiyənin yürütdüyü qorxaq, ermənilərə yarınmaqla problemin həllinə yönələn siyasətinin iflasa uğradığını vurğulayıb: “Ermənilər “soyqırımı” siyasətlərindən heç vaxt imtina etməyəcəklər. Əvvəla, ermənilər bu gün özlərini məzlum, “soyqırıma” məruz qalmış bir xalq kimi göstərməklə inkişaf etmiş xristian ölkələrindən böyük məbləğdə yardımlar alırlar. Eyni zamanda Dağlıq Qarabağdakı işğalçılıq siyasətlərinə dəstək əldə edirlər. Ancaq türklər hər dəfə çalışırlar ki, hansısa formada bunların könüllərini xoş eləsinlər. Bu gün 6 erməninin Türkiyənin Böyük Millət Məclisinə namizədliyi irəli sürülüb. Baş nazir Əhməd Davudoğlu ermənini özünə müşavir təyin eləmişdi. Düşünürdülər ki, bu cür addımlarla dünya birliyinin fikirlərini Türkiyəyə münasibətdə dəyişəcəklər. Amma həmin erməni müşavir  bildirdi ki, ermənilər “soyqırımına” məruz qalıblar. İşğal altındakı torpaqlarımızın azad olunması, dünyada Türk birliyinin möhkəmlənməsi üçün Türkiyənin bölgədə daha cəsarətli siyasət yürütməsinə ehtiyac var. İstədiyimiz odur ki, Türkiyə Azərbaycanla daha sıx əməkdaşlıq və  bütün türk ölkələrinə inteqrasiya eləsin. Bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev müraciət elədi ki, Türkiyə də Avrasiya İttifaqına qoşula bilər. Bu zaman həmin ittifaqda həm Rusiya Federasiyasının tərkibindəki türk respublikaları, həm də Türkiyə balans yarada bilər. Əlbəttə,  bu ideyanı alqışlayırıq”.

Neftin qiymətinin sürətlə enməsin diqqət çəkən BAXCP sədri hesab edir ki, yenə də gec deyil, Azərbaycan hökuməti iqtisadi islahatlara başlasa, ölkəmizi gələcəkdə gözləyən ciddi böhrandan qurtarmaq olar.

Məhkəmə-hüquq sistemində islahatlar aparmağın zamanının çoxdan çatdığını bildirən Q. Həsənquliyev deyib ki,  Dağlıq Qarabağı azad etməyimiz həm də bu islahatlardan asılıdır. İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublunun qızının vəfatı ilə bağlı 7 gün həbsdən azad edilməsini təqdir edən BAXCP sədri beynəlxalq təşkilatların siyasi məhbus etdiyi şəxslərin təqsirli və təqsirsiz olmasından asılı olmayaraq, azad edilməsini zəruri saydıqlarını vurğulayıb: “Avropa Oyunlarına qarşı qərəzli kampaniya aparılır. İmkan vermək olmaz ki,  bu gün həbsdə olan və “siyasi məhbus”  kimi təqdim olunan 5-10 nəfər Azərbaycan vətəndaşına görə görülən işin üzərinə kölgə salınsın, Azərbaycanın imici korlansın”.

Q. Həsənquliyevin təklifi ilə partiyanın Ali Məclisi adından T. Yaqublunun əfv edilməsi ilə bağlı  prezidentə müraciət ünvanlanıb. Çıxışının sonunda BAXCP lideri bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərinə partiya üzvlərinin ciddi hazırlaşmasını tövsiyə edib.

Sonra Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı BAXCP-nin elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edib. Ali Məclisin sədri Teyyib Qənioğlu isə son 3 ay ərzində görülən işlər barədə məlumat verib. BAXCP-nin təbliğat və təşviqat məsələləri üzrə katibi Dünyamalı İmaməliyev isə rəhbərlik etdiyi  sahə üzrə fəaliyyətindən söz açıb.

Previous Post

BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib

Next Post

“Milli Şuradan çıxmağıma heyfislənmirəm”- Razi Nurullayev

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

“Milli Şuradan çıxmağıma heyfislənmirəm”- Razi Nurullayev

“Milli Şuradan çıxmağıma heyfislənmirəm”- Razi Nurullayev

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.