Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Buzovna, Nabran, Nardaran, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.