"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Baş Prokurorluq və MTN Leyla Yunusla bağlı məlumat yaydı

31 İyul 2014 - 13:49
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb.img1610722
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprelindən etibarən Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il 19 aprel tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 2014-cü il aprelin 21-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcədə Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.
Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.
Bundan başqa, Yunusova Leyla İslam qızı hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 1996-cı il 27 mart tarixdə alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının 2002-ci il 21 noyabr tarixdə “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526 min 943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369 min 378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Eyni zamanda, Leyla Yunusova Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, “OSİ Asistence Foundation” təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablarına köçürülmüş cəmi 88 min 910 ABŞ dolları məbləğində pul vəsaitinin 88 min 468 ABŞ dollarlıq hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71 min ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78 min 130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 2014-cü il aprelin 24-də hesablarından çıxarıb əri Arif Yunusov ilə əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunusov dərhal həmin pul vəsaitini Çexiya Respublikasının “Sberbank CZ” kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.
Göstərilən xüsusatlar üzrə dindirilmələri üçün Leyla və Arif Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, müxtəlif bəhanələrlə, heç bir üzrlü səbəb olmadan çağırışa gəlməkdən yayındıqlarından 2014-cü il 25 iyul tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar qəbul edilib.
Leyla Yunusovanın Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci, Arif Yunusovun isə həmin məcəllənin 274-cü və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 2014-cü il 30 iyul tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, Leyla Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Arif Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər Leyla Yunusova və Arif Yunusovun cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş hüquqi yardım almaq, müdafiə və sair hüquqları təmin edilib, onların hüquqları özlərinin dəvət etdiyi vəkillər tərəfindən müdafiə olunmaqla istintaq hərəkətlərinin icrası və prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməyib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilərək bütün əməllərə hüquqi qiymət verilməklə nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaq.
Previous Post

Baş Prokurorluq və MTN Leyla Yunusla bağlı məlumat yaydı

Next Post

UEFA “Qarabağ”ı manşet etdi (FOTO)

Bənzər yazılar

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00

ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerini dəyişmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, o, argentinalı Lionel Messi və...

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Elchi.az -ın məlumatına görə,...

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil...

Next Post

UEFA “Qarabağ”ı manşet etdi (FOTO)

Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı

Son xəbərlər

Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib

Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib

21 İyul 2026 - 19:02
“Sabah” – “Kups” matçının start heyətləri açıqlandı

“Sabah” – “Kups” matçının start heyətləri açıqlandı

21 İyul 2026 - 18:53
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb

21 İyul 2026 - 18:45
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 18:37
Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu

Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu

21 İyul 2026 - 18:29
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 18:24
İsraildə nazir Ben-Qvirə sui-qəsd planlaşdıran şəxs həbs edilib

İsraildə nazir Ben-Qvirə sui-qəsd planlaşdıran şəxs həbs edilib

21 İyul 2026 - 18:10
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib

Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib

21 İyul 2026 - 17:59
Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47
İranla müharibə səbəbindən Pentaqonun vəsaiti bitir

İranla müharibə səbəbindən Pentaqonun vəsaiti bitir

21 İyul 2026 - 17:35
Kamran Əliyev Kəlbəcərdə prokurorluq əməkdaşlarına tapşırıqlar verdi – FOTO

Kamran Əliyev Kəlbəcərdə prokurorluq əməkdaşlarına tapşırıqlar verdi – FOTO

21 İyul 2026 - 17:28
DİM magistratura imtahanlarının statistikasını açıqladı

DİM magistratura imtahanlarının statistikasını açıqladı

21 İyul 2026 - 17:21
Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

21 İyul 2026 - 17:13
Azərbaycanda süni intellektin tətbiq ediləcəyi prioritet sektorlar təsdiqləndi

Azərbaycanda süni intellektin tətbiq ediləcəyi prioritet sektorlar təsdiqləndi

21 İyul 2026 - 17:08
Bu dövlət təhsil müəssisələrində işləyən müəllimlərin sertifikatlaşdırma qaydası təsdiq edildi

Bu dövlət təhsil müəssisələrində işləyən müəllimlərin sertifikatlaşdırma qaydası təsdiq edildi

21 İyul 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.