"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Baş Prokurorluq Mərkəzi Bankın tələblərini pozanların həbsinə başladı

25 Fevral 2015 - 22:02
in CƏMİYYƏT
FacebookVatsap

Baş Prokurorluq Mərkəzi Bankın tələblərini pozanların həbsinə başladıAzərbaycan Respublikasının Mərkəzi Bankından xarici valyuta nağd alğı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı bəzi valyuta mübadilə şöbələrində, habelə bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması barədə daxil olmuş məlumat, eyni zamanda son günlər ayrı-ayrı vətəndaşların xarici valyutanın alğı-satqısı zamanı sui-istifadə hallarına yol verilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən virtualaz.org saytına verilən məlumata görə, ilkin araşdırmalar göstərib ki, Mərkəzi Bankın İdarə Heyətinin 2015-ci il, 21 fevral tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildikdən sonra xarici valyutanın alğı-satqı əməliyyatlarının həcminin artması ilə əlaqədar bir sıra valyuta mübadilə şöbələrində, eyni zamanda qanunsuz fəaliyyət göstərən bəzi subyektlər tərəfindən yol verilmiş sistemli və məqsədli qanun pozuntuları əhalinin aldadılması, əsassız ajiotajın yaranması və bu sahədə vəziyyətin gərginləşməsinə səbəb olub.

Bunu da oxuyun

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Bu imtahanın nəticələri elan olundu

Belə ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə xarici valyuta bazarında fəaliyyət göstərən bir sıra valyuta mübadilə şöbələri tərəfindən valyuta alğı-satqı əməliyyatlarının məqsədli şəkildə müvəqqəti dayandırılması, bəziləri tərəfindən milli pulun olmaması bəhanəsi ilə belə əməliyyatlardan əsassız olaraq imtina edilməsi, habelə bəzi valyuta mübadilə şöbələri tərəfindən xarici valyutanın, xüsusən də ABŞ dollarının Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi səviyyədən xeyli aşağı məzənnə ilə alınması halları aşkar edilib.

Bakı şəhərində müxtəlif ünvanlarda müvafiq icazə tələb olunduğu halda belə icazə alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərməklə sistemli şəkildə rəsmi qaydada müəyyən edilmiş məzənnədən xeyli aşağı qiymətlə xarici valyuta mübadiləsi apararaq vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirən bir sıra qanunsuz fəaliyyət göstərən valyuta mübadilə şöbələrində istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə onlardan 15-də istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, milli və xarici valyutada pul vəsaitləri aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə 6 cinayət işi başlanıb, 5 şəxs bilavasitə cinayət başında yaxalanıb.

Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi xarici valyuta məzənnəsinə zidd olaraq “Yunayted Kredit Bank” ASC-dən müvafiq lisenziya almış Emil Həsənovun Bakı şəhəri, Ağa Nemətulla küçəsi 32 saylı ünvanda yerləşən valyutadəyişmə məntəqəsində, “Zaminbank” ASC-dən müvafiq lisenziya almış Rəşad Baxşıyevin Bakı şəhəri, 28 may küçəsi 25 saylı ünvandayerləşən valyutadəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə etməklə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində, eyni zamanda müvafiq lisenziya almadan Zülfüqar Həsənovun Bakı şəhəri, Atatürk prospekti 97-105 saylı ünvandayerləşən valyutadəyişmə məntəqəsində, Arif İsmayılovun Bakı şəhəri,Q.Qarayev prospekti 65D saylı ünvanda yerləşən valyutadəyişmə məntəqəsində, Sənan Kəlbəliyevin Bakı şəhəri, M.Mirqafarov küçəsi 14 saylı ünvanda yerləşən valyutadəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan Zülfüqar Həsənova, Rəşad Baxşıyevə, Sənan Kəlbəliyevə Cinayət Məcəlləsinin 178.2.3-cü, 192.2.2-ci maddələri, Arif İsmayılova 178.2.3-cü və 192.2.1-ci maddələri, Emil Həsənova isə 178.2.3-cü maddəsi ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət işləri üzrə, habelə Bakı şəhəri və regionlarda sui-istifadə hallarına yol verməklə valyuta və makroiqtisadi tənzimləməyə ciddi maneələr yaradaraq əhalinin aldadılmasına və süni gərginliyin yaradılmasına səbəb olan subyektlərin aşkar edilməsi, belə halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq tərəfindən bundan sonra da Mərkəzi Bank ilə əlaqəli şəkildə valyuta qanunvericiliyinə, xüsusilə də xarici valyutanın nağd alğı-satqı əməliyyatlarının aparılması zamanı mövcud tələblərin pozulması hallarına qarşı kəsərli mübarizə tədbirlərinin görülməsi təmin ediləcək.

Previous Post

Baş Prokurorluq Mərkəzi Bankın tələblərini pozanların həbsinə başladı

Next Post

Putin müxalifəti Piterə qovdu

Bənzər yazılar

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Elchi.az...

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12

Suraxanı rayonu, Elzar Yusubov küçəsində, "Qərib Ağa Məscid"nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə...

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53

Sentyabrın 6-da keçirilən buraxılış və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub. Elchi.az xəbər verir ki, bu barədə...

FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

10 Sentyabr 2026 - 17:27

Fövqəlada Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və...

Next Post

Putin müxalifəti Piterə qovdu

Putin müxalifəti Piterə qovdu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.