Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

🗓 05.09.2014 17:01 ✍️ "Elçi" qəzeti
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il sentyabrın 19-da saat 11:00-da Zaqatala img1298462rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.
Baş Prokurorluqdan musavat.com-a daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bənzər yazılar