Prokurorlar Montaleqredə litium kəşfiyyatı layihələri ilə bağlı aparılan araşdırma çərçivəsində Portuqaliyanın Baş naziri Antonio Kostanın rəsmi iqamətgahına basqın ediblər. Elchi.az xəbər verir ki, bu barədə “CNN Portuqaliya” məlumat yayıb.
Telekanalın məlumatına görə, axtarışlar nəticəsində azı 5 nəfər, o cümlədən Kosta administrasiyasının rəhbəri Vitor Eskariya saxlanılıb. Qeyd olunur ki, bu işdə energetika naziri Joao Qalamba da ittiham olunur.
San-Bento sarayında və ölkənin bir sıra nazirliklərində axtarışlar başlayandan az sonra Antonio Kosta dövlət başçısına izahat vermək üçün prezident Marselo Rebelo de Sousanın Belem sarayındakı rəsmi iqamətgahına gedib. Görüş 30 dəqiqə davam edib.
Havar Şəfiyeva