Avstraliyanın baş naziri Toni Ebbotun bəzi müsəlman liderlərini təhqir etməsi ölkədəki İslam icmasının təəssüf və etirazı ilə qarşılanıb.
The Guardian nəşrinin yazdığına görə, T.Ebbot müsəlmanlara qarşı “yaramazlar”, “geri zəkalılar”, “səfehlər” və s. ifadələrini işlədib. Baş nazirin təhqirlərinə səbəb isə ölkədə hökumətin yeni antiterror qanununun tətbiq etməsi niyyəti ilə bağlı görüşdən bəzi müsəlman liderlərinin imtina etməsi olub. Halbuki bir çoxlarının rəyinə görə, həmin qanun insanların və xüsusən müsəlmanların hüquqlarını tapdayır.
Avstraliya Müsəlman Qadınları Assosiasiyasının nümayəndəsi kimi baş nazirlə görüşdə iştirak etmiş Silma İhram hesab edir ki, hökumət başçısının tədbirə qatılmayanlar haqda bu cür ifadələr işlətməsi cəmiyyətə nifaq salmağa xidmət edir.