"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Baş nazir də vəzifədən gedir – daha kimlər kürsüsünü itirəcək 

14 Fevral 2017 - 09:40
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Hakimiyyətdə struktur və kadr islahatları başladı; Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi; Ziya Məmmədovu təqaüd də, vəzifə yüksəlişi də gözləyə bilər; fevralın 24-də 83 yaşına qədəm qoyacaq Artur Rəsi-Zadə martda baş nazir kimi son hesabatını verəcək; siyahıda daha kimlər var?
Fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olunub. Prezidentin eyni sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Sərəncamda deyilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsi, habelə nazirliyin strukturu və işçilərinin ümumi sayı barədə təkliflər iki ay müddətinə hazırlanıb prezidentə təqdim edilməlidir. Prezident İlham Əliyev Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi barədə də sərəncam imzalayıb.
Prezidentin sərəncamı “mürgü döyən” ölkə mediasında dərhal canlanma və ajiotaj yaradıb. Bunun əsas səbəblərindən biri əlbəttə ki, 2002-ci ilin avqust ayının 8-dən nəqliyyat nazir işləyən Ziya Məmmədovun işdən çıxarılması ilə bağlıdır. Doğrudur, 15 ildir nazir işləmiş Ziya Məmmədovun son ilyarımda səlahiyyətləri kifayət qədər azaldılmışdı. Onun hakimiyyət daxilində mövqelərinin zəifləməsi və dövlət başçısı yanında etimadının zədələndiyi barədə iddialar vardı. Bu proses artıq sabiq hesab edilən nəqliyyat nazirinin yaxın ətrafında da nəzərə çarpırdı.
Məsələn, son parlament seçkilərində Z. Məmmədovun qardaşı Elton Məmmədov gözlənilmədən deputat mandatına iddiaçı olmadı. Məmmədovların ailə şirkəti “Qarant-Holdinq”ə rəhbərlik edən oğlu Anar Məmmədov da son aylar tam kölgəyə çəkilmişdi. Mediada belə iddialar da vardı ki, ümumiyyətlə son aylar holdinqə daxil olan bir neçə hoteli satışa çıxarılıb ki, bu da şirkətin borclanması ilə bağlı ola bilər.

Image result for Ziya Məmmədov
Ölkənin ən qüdrətli nazirinin “portfelsiz nazir”ə çevrilməsi səbəbindən tezliklə postunu da itirəcəyi əslində gözlənilən idi.
Z.Məmmədovun sərəncam mediada yayımlanandan cəmi bir neçə dəqiqə sonra “Yeni Müsavat”a danışmasından da belə anlaşılır ki, sərəncam onun üçün gözlənilməz olub. Sitat: “Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı, heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq”. Sabiq nazir “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı”, sualına belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki… Bu işlər mənim səlahiyyətimdə deyil”.
Məlumatlara görə, uzun illər idarəetmə təcrübəsi olan Z. Məmmədov hakim komandadan kənar saxlanılmayacaq. Sabiq nazirin yaxın çevrəsi də iddia edir ki, Z.Məmmədov yeni təyinat alacaq. Bildirilir ki, Z.Məmmədov vitse-prezident və ya baş nazirin müavini də təyin edilə bilər. Onun baş nazirin müavini kimi nəqliyyat məsələlərini kurasiya edəcəyi də iddialar arasındadır. Başqa bir mənbə isə iddia edir ki, Ziya Məmmədov prezidentin müşaviri vəzifəsinə təyin olunacaq.
***

Related image
Z.Məmmədovun nazirliyinin ləğv olunaraq başqa bir nazirliyə birləşdirilməsinə aşırı diqqətin daha bir səbəbi şübhəsiz ki, iqtidar komandasında çoxdan gözlənilən kadr və struktur dəyişiklikləri ilə bağlıdır.
Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ 2015-ci ilin ortalarında ciddi hiss olunması ilə hökumət dövlət xərclərini azaltmağa və struktur islahatlarına başlamağa qərar verdi. Amma manatın devalvasiyası, maliyyə sabitliyinin oynaqlığı və bir sıra başqa amillər iqtidarı həm struktur, həm də hakimiyyət komandasında ciddi yenilənmədən çəkindirdi. Yalnız bəzi nazirliklərdə struktur dəyişiklikləri edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu.

Image result for Artur rasizadə
Ötən ilin sentyabr ayının 26-da keçirilən referendumla Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması qanuniləşdirildi. Daha çevik idarəetməni özündən ehtiva edəcək birinci vitse-prezident və vitse-prezidentlər postu yaradıldı. Yaxın günlərdə, ən uzağı mart ayında vitse-prezident təyinatlarının olacağı gözlənilir. Hakimiyyət yaxşı başa düşür ki, hələ də maliyyə bazarında və iqtisadiyyatda problemlər yaşandığı dönəmdə xalqın etimadını itirmiş məmurlarla davam etmək doğru seçim deyil. Təsadüfi deyil ki, son müşavirədə də dövlət başçısı bunu açıq dilə gətirib, məmurlara yenidən sərt şəkildə xəbərdarlıq edib. Bu səbəbdən də hakimiyyətdə çoxdan gözlənilən “qan dəyişimi” nəhayət ki, başlamalıdır. Martda hökumətin parlamentdə hesabatı dinlənilməlidir. Bildirilir ki, fevralın 24-də 83 yaşına qədəm qoyacaq Artur Rasi-Zadə üçün də bu baş nazir kimi son hesabat olacaq.
Ehtimal etmək olar ki, yeni dövrün əsas iqtisadi ağırlığı vitse-prezidentlərin üzərinə qoyulacaq ki, bu postda kimlərin təyinat alacağı indi böyük maraqla izlənməkdədir.

Image result for Vasif Talıbov
Məlumdur ki, 1-ci vitse-prezident əsas etibarilə iqtisadi komandanı kurasiya etməklə, islahatların həyata keçirilməsinə təhkim olacaq. Bu posta indiyədək hakimiyyətdə təmsil olunan ən müxtəlif şəxslərin adı hallanır. Ən son xəbərlərdə deyilir ki, bu posta ən ciddi namizədlərdən biri Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. Daha bir xəbərdə isə iddia olunur ki, vitse-prezidentlərdən biri də güc strukturlarından birinin indiki rəhbəri olacaq. Digər vitse-prezidentlərin kimlər olacağı da siyasət dəhlizlərinin müzakirə mövzusudur.
Bu il hökumət qarşısında dayanan ən vacib məsələ daha çevik və mobil idarəetmə strukturlarını formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində daha bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi bir sıra qabaqcıl ölkələrin praktikasında var. O cümlədən dost ölkə Türkiyədə də. Yəni ilk baxışdan bir-biriləri ilə zəif əlaqəsi olduğu görünən iki strukturun birgə fəaliyyəti əslində daha rentabelli olacaq.

Belə ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Böyük ehtimalla İslam Oyunlarından sonra Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi müzakirə edilir. Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə bu dəyişikliklərə start verildi və qarşıdakı günlərdə yeni kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir. Anlaşılan budur ki, media üçün də yazmağa və təhlil etməyə xeyli mövzular olacaq…

Previous Post

Baş nazir də vəzifədən gedir – daha kimlər kürsüsünü itirəcək 

Next Post

`Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən` – Ərdoğan

Bənzər yazılar

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30

"Neftçi" yeni hücumçu transfer edib. Klubdan Elchi.az - a verilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına...

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16

ABŞ və İsrailin İrana qarşı müharibəyə başlaması, hazırda isə Amerika ilə İslam Respublikası arasında Hörmüz boğazında baş verən toqquşmalar və...

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14

Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 2 tondan çox uyuşdurucu ələ keçirilib, 424 nəfər saxlanılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir...

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08

Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik...

Next Post

`Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən` - Ərdoğan

`Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən` - Ərdoğan

Son xəbərlər

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Bakıda külək nəticəsində 15 ağac sınıb

Bakıda külək nəticəsində 15 ağac sınıb

07 Sentyabr 2026 - 20:06
Binəqədi rayonu ərazisində yanğın baş verib

Binəqədi rayonu ərazisində yanğın baş verib

07 Sentyabr 2026 - 20:04
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb – FOTO

Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb – FOTO

07 Sentyabr 2026 - 19:29
“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

07 Sentyabr 2026 - 19:15
Finlandiya Rusiya ilə sərhəddə 200 km-lik çəpərin tikintisini tamamlayıb

Finlandiya Rusiya ilə sərhəddə 200 km-lik çəpərin tikintisini tamamlayıb

07 Sentyabr 2026 - 19:07
TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi – FOTO

TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi – FOTO

07 Sentyabr 2026 - 18:59
Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

07 Sentyabr 2026 - 18:48
Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

07 Sentyabr 2026 - 18:39
Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatdı – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatdı – FOTO

07 Sentyabr 2026 - 18:26
“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.