İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını İspaniyanın “Barselona” komandasında davam etdirməyə yaxındır.
Elchi.az xarici KİV-ə istinadla xəbər verir ki, 30 yaşlı futbolçu Kataloniya klubunun təklifini qəbul edib və hazırda klubların razılığa gəlməsini gözləyir.
İddialara görə, ispaniyalı yarımmüdafiəçi keçidinin yaxın günlərdə rəsmiləşəcəyini düşündüyü üçün gələn həftə “Mançester Siti”nin məşqlərinə qatılmağı planlaşdırmır.
“Barselona” Rodri üçün təxminən 70 milyon avro ödəməyə hazırdır. İngiltərə klubu isə futbolçunun transferindən 80 milyon avro qazanmaq istəyir.




















